Ana Sayfa > M / Karusel / Gündəm > Bu şəxslər vizadan azad olundu - Prezident təsdiqlədi

Bu şəxslər vizadan azad olundu - Prezident təsdiqlədi


7-03-2018, 21:51. Yazar: Xeberaz
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
Saziş 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanıb.
Dövlət başçısı həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
Saziş 2017-ci il noyabrın 23-də Brüssel şəhərində imzalanıb.
Geri dön