Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > Sumqayıtda DƏHŞƏT- Bir evdən 6 meyit çıxarıldı - SİYAHI

Sumqayıtda DƏHŞƏT- Bir evdən 6 meyit çıxarıldı - SİYAHI


5-03-2018, 11:25. Yazar: Xeberaz


Sumqayıtda bir evdə 6 meyit tapılıb.
Qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər. 
Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.
Sumqayıt Şəhər Polis İdarəsindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
***
Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxslər bir ailənin üzvləri olub: “Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir”.
Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər.
***
Hadisə şahidlərinin sözlərinə görə, ailə Füzuli rayonundan məcburi köçkün düşüb və bir neçə ildir həmin binanın zirzəmisində yaşayrmış.
***
Vəfat edənlər kişi, həyat yoldaşı, qızı və nəvələridir.
***
Sumqayıt Şəhər Prokurorluğu verilən məlumata görə, həlak olan şəxslər bunlardır:
1961-ci il təvəllüdlü Rafiq Hüseynov
1965-ci il təvəllüdlü Yeganə Hüseynova
1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova
2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov
2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova 
2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova 
Geri dön