Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt > Bakının ən məşhur heyvan sığınacağı bağlanır – FOTO

Bakının ən məşhur heyvan sığınacağı bağlanır – FOTO


25-02-2018, 19:45. Yazar: Xeberaz


Azərbaycan Heyvan Xilasetmə Mərkəzi bağlanır.
Bu barədə təşkilatın rəsmi Facebook səhifəsində məlumat verilir.
Məlumatda bildirilir ki, AARC heyvanları xilasetmə mərkəzi və baytar klinika 28 Fevral 2018-ci il tarixindən etibarən fəaliyyətini dayandırır.
“Biz sponsor hesabına fəaliyyət göstərirdik və artıq təəssüflər olsun ki, sponsorumuzun maddi problemləri ilə bağlı bu fəaliyyətə son qoyulur”, - məlumatda deyilir.
Hazırda mərkəzdə 200-ə yaxın heyvan var. Mərkəzin əməkdaşları onlara yeni sahiblər axtarırlar.
 

 

 

 

 

 

 

 




Geri dön