Ana Sayfa > M / Karusel / Gündəm > Sabah Bakıda bəzi küçələr bağlı olacaq

Sabah Bakıda bəzi küçələr bağlı olacaq


25-02-2018, 19:34. Yazar: Xeberaz


Fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Xəbəraz.Az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov trend-ə bildirib ki, sabah paytaxtın Xətai prospekti və Xocalı prospekti istiqamətində kəsişən bütün paralel küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək:
Bundan başqa, “Ana harayı” abidəsinə ziyarətə gələnlərdən xahiş olunur ki, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.
Geri dön