Ana Sayfa > M / Karusel / Gündəm > Prezidentliyə namizəd kimlərdi?
Prezidentliyə namizəd kimlərdi?24-02-2018, 19:06. Yazar: Xeberaz |
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən daha 2 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb. Növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər hələ ki bunlardır: Azərbaycan prezidenti İlham Əliyev - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb; Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb; Milli Məclisin deputatı Zahid Oruc - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb; Milli Məclisin deputatı Fərəc Quliyev - prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb; Milli Məclisin deputatı Araz Əlizadə - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb; Asif Məmmədov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb; Razi Nurullayev - prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb; Elşən Həsənov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb; Hafiz Hacıyev - prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb; Fuad Əliyev - prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb; Tural Abbaslı - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb; Anar Umudov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb; Ramazan Bəkirov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb; Əli Əliyev - prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülüb; Sərdar Məmmədov - prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülüb. Geri dön |