Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Moody's-dən manatın məzənnəsi və inflyasiya ilə bağlı PROQNOZ

Moody's-dən manatın məzənnəsi və inflyasiya ilə bağlı PROQNOZ


22-02-2018, 15:01. Yazar: Xeberaz


“Moody's” beynəlxalq reytinq agentliyi 2018 və 2019-cu illərdə Azərbaycanda inflyasiyanın azalacağını gözləyir.
 
Bu barədə reytinq agentliyinin hesabatında deyilir.
 
Hesabata əsasən, 2018-ci ildə Azərbaycanda inflyasiya 6 faiz, 2019-cu ildə 5 faiz səviyyəsində proqnozlaşdırılır. Qeyd olunur ki, manatın məzənnəsinin sabitliyində əminlik inflyasiya gözləntilərini azaldır.
Bundan başqa, “Moody's” Azərbaycanda iki il ərzində ÜDM-in artacağını gözləyir. Proqnozlara görə, 2018-ci ildə Azərbaycanda ÜDM 1,5 faiz, 2019-cu ildə 2 faiz artacaq.
Geri dön