Ana Sayfa > M / Karusel / Hadisə > Deputatlar Xocalı soyqırımı ilə bağlı Avropaya gedirlər

Deputatlar Xocalı soyqırımı ilə bağlı Avropaya gedirlər


17-02-2018, 19:10. Yazar: Xeberaz
Milli Məclisin deputatları Türkiyə və Almaniyada Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.
Milli Məclisdən verilən məlumata görə, deputat Elman Məmmədov fevralın 19-dan 28-dək Türkiyənin paytaxtı Ankarada  səfərdə olacaq.
Deputat Ankaranın Qızılcahamam,  Keçiörən, Altındağ bələdiyyələrində, Kastamonu  Universitetində  Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçiriləcək  anım mərasimlərində iştirak edəcək. Deputatımız həmçinin Ankarada fəaliyyət göstərən Qazi və Yıldırım Beyazit  Universitetlərində Xocalı qətliamına həsr olunmuş elmi konfrans və  rəsm sərgisinə qatılacaq.
Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsi zamanı erməni silahlıları tərəfindən dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini əks etdirən foto və sənədlərdən  ibarət sərgi təşkil  olunacaq. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Qəhrəman iştirak edəcək.
 
Fevralın  22-də Almaniya Bundestaqında Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş simpozium keçiriləcək. Tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədi Fuad Muradov və deputat Rövşən Rzayev iştirak edəcəklər.
Simpozium ölkəmizin Almaniyadaki səfirliyi, Azərbaycan-Almaniya forumu və Almaniya Atlantik Cəmiyyəti tərəfindən təşkil olunub. Toplantıda Xocalı soyqırımı, ümumilikdə  Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər  geniş ictimaiyyətə    çatdırılacaq. Millət vəkilləri Almaniya Bundestaqında və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcəklər.
Səfər fevralın 25-də başa çatacaq
Geri dön