Ana Sayfa > M / Karusel / Gündəm > Leyla Seyidbəyli Doğum Evinə baş həkim təyin edildi

Leyla Seyidbəyli Doğum Evinə baş həkim təyin edildi


15-02-2018, 18:38. Yazar: Xeberaz


Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Leyla Seyidbəyova Bakı şəhəri 7 saylı Doğum Evinə baş həkim təyin edilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva əmr imzalayıb.
L.Seyidbəyova öz ərizəsi ilə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.
***
Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyovanın vəzifəsindən azad edilməsi ilə bağlı əmr verilməyib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, L.Seyidbəyovanın işdən azad edilmək üçün ərizə yazması və ya hər hansı səbəbdən işdən ayrılması ilə bağlı heç bir məlumat yoxdur: “Bu barədə bizə məlumat verilməyib. Məlumat olduğu halda mətbuata açıqlama veriləcək”.
(publika)



Geri dön