Ana Sayfa > M / Siyasət > TANAP-ın maliyyələşdirilmə vaxtı məlum oldu
TANAP-ın maliyyələşdirilmə vaxtı məlum oldu21-03-2015, 12:27. Yazar: Xeberaz |
Boru kəməri layihəsinin maliyyələşdirilməsi ilə bağlı heç bir problem yoxdur. ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfdaşları Transanadolu (TANAP) qaz kəməri layihəsindəki paylarını aprelin 1-dən maliyyələşdirməyə başlayacaqlar. Xeberaz.az -ın Trend-ə istinadən məlumatına görə, bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, TANAP konsorsiumu martın sonunadək boru kəmərinin quru sahəsinin tikintisinə başlayacaq. Şirkət rəhbəri deyib ki, TANAP-ın 1337 kilometr uzunluğunda olan quru sahəsinin tikintisi üzrə podratçılar “Fernas Insaat A.S.”, “Sicim-Yuksel-AKKORD Adi Ortakligi” və “TEKFEN Insaat ve Tesisat A.S” şirkətləridir: “Bu üç şirkət qaz kəmərinin Əskişəhər şəhərinədək olan hissəsini tikəcəklər. Sonra biz 2015-ci ilin sonu - 2016-cı ilin əvvəlində TANAP-ın diametri 48 düym olan qalan hissəsinin tikintisi üzrə tenderə yekun vuracağıq”. R.Abdullayev əlavə edib ki, boru kəməri layihəsinin maliyyələşdirilməsi ilə bağlı heç bir problem yoxdur. Xatırladaq ki, martın 17-də Türkiyədə TANAP qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib. Geri dön |