Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Gündəm > Pensiyaları artdı-SƏRƏNCAM

Pensiyaları artdı-SƏRƏNCAM


9-02-2018, 19:07. Yazar: Xeberaz

Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2017-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə:
bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;
fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
Geri dön