Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > Xalq artisti Zərnigar Ağakişiyeva evində ölü tapıldı

Xalq artisti Zərnigar Ağakişiyeva evində ölü tapıldı


9-02-2018, 11:45. Yazar: Xeberaz

Xalq artisti Zərnigar Ağakişiyeva evində ölü tapıldı
Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.
Tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.
 
FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.
 
Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.  


Geri dön