Ana Sayfa > M / Karusel / Texnologiya > Getcontact Azərbaycanda bloklandı

Getcontact Azərbaycanda bloklandı


7-02-2018, 15:21. Yazar: Xeberaz

Bir milyard 600 milyondan çox telefon nömrəsinin yerləşdirildiyi və Azərbaycanda da geniş istifadəçi kütləsinə malik olan "Getcontact" bloklanıb.
Xəbəraz.Az xəbər verir ki, hazırda proqrama girmək mümkün deyil.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu proqramın istifadəçilərinə xəbərdarlıq etmişdi.
Proqrama istənilən nömrəni daxil etməklə həmin nömrənin digər mobil telefonlarda hansı adla qeydiyyata alındığını öyrənmək olur. İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, proqramı telefonuna yükləyən şəxslərin mobil cihazının yaddaşında olan bütün nömrələr bazaya ötürülür. Bu, həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır. Həmçinin telefona giriş icazəsinin verilməsi istifadəçinin telefon yaddaşında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi təhlükəsini yaradır.
Geri dön