Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > FHN-dən yanğınla bağlı AÇIQLAMA : Məişət tullantıları yanır

FHN-dən yanğınla bağlı AÇIQLAMA : Məişət tullantıları yanır


6-02-2018, 14:50. Yazar: Xeberaz


Bakının Keşlə qəsəbəsində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən trend-ə bildiriblər ki, hadisə qəsəbə ərazisindəki məişət tullantıları sahəsində baş verib. Bildirilib ki, hadisə nəticəsində əraziyə yığılmış istifadəsiz avtomobil şinləri və məişət tullantıları alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının qarşısı alınmaq üzrədir.
Mərkəzdən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan yoxdur.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Geri dön