Ana Sayfa > M / Karusel / Gündəm / Xəbəraz TV > Tanınmış aktyorun direktorla dava etdiyi anın videosu yayıldı

Tanınmış aktyorun direktorla dava etdiyi anın videosu yayıldı


6-02-2018, 11:44. Yazar: Xeberaz

Tanınmış aktyorun direktorla dava etdiyi anın videosu yayıldı

Bir neçə gün əvvəl tanınmış aktyor Rza Rzayev Nizami rayonu 220 saylı məktəb-liseydə ibtidai müəllimlərdən qanunsuz hazırlıq pulları yığıldığı barədə məlumat yaymışdı. Aktyor direktor müavini olan xanım qohumu Zeynəb Rzayevanın işdən çıxarıldığını qeyd edərək, məktəb direktorunun rüşvət yığdığını iddia edib.
R.Rzayevin hərəkəti ilə hüquq-mühafizə orqanlarına müraciət olunub:
“Zeynəb Rzayevanın qardaşı Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan olduqca nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib. Həmin hadisə digər şəxslərin şahidliyi ilə baş verib".
Dünən isə BAX TV aktyorla direktor arasında baş verən qarşıdurmanın görüntülərini yayıb.



Geri dön