Ana Sayfa > M / Karusel / Gündəm > İstirahət günləri ölkədə 10 yol qəzası nəticəsində 6 nəfər ölüb, 16 nəfər xəsarət alıb 5 Fevral 2018 08:57

İstirahət günləri ölkədə 10 yol qəzası nəticəsində 6 nəfər ölüb, 16 nəfər xəsarət alıb 5 Fevral 2018 08:57


5-02-2018, 10:25. Yazar: Xeberaz

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 39-u "isti izlər"lə açılıb.
DİN-dən verilən məlumata əsasən, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Həmçinin, respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
Qeyd olunur ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb".
Geri dön