Ana Sayfa > M / Karusel / Gündəm > Prezident sərəncam imzaladı
Prezident sərəncam imzaladı31-01-2018, 22:15. Yazar: Xeberaz |
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 4 avqust tarixli Sərəncamı Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı həmin Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin müvəffəqiyyətlə icrasının nəticəsidir. Sərəncama əsasən, Azərbaycan kinosunun 120 illiyinə həsr olunan tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb. Geri dön |