Ana Sayfa > M / Karusel / Araşdırma > Suriya və İraqda olan azərbaycanlı uşaq və qadınların sayı müəyyənləşib

Suriya və İraqda olan azərbaycanlı uşaq və qadınların sayı müəyyənləşib


29-01-2018, 11:59. Yazar: Xeberaz


Suriya və İraqda radikal dini təsirlərə məruz qalmış 300-dən artıq azərbaycanlı uşaq və qadının olduğu müəyyənləşdirilib.
 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
  
S. Heydərov deyib ki, bir uşaq artıq ölkəyə gətirilib, reabilitasiya prosesinə cəlb olunub: "19 uşaq da müəyyənləşdirilib, yaxın vaxtlarda onlar ölkəyə gətirilərək psixoloq, ilahiyyatçı və digər mütəxəssislərin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunacaq".



Geri dön