Ana Sayfa > M / Karusel > Prezident İlham Əliyev Vahid Ələkbərovla görüşüb

Prezident İlham Əliyev Vahid Ələkbərovla görüşüb


22-01-2018, 21:45. Yazar: Xeberaz


Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
 
Görüşdə “LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olunub.
 
Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edilib. “LUKOİL”-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.



Geri dön