Ana Sayfa > M / Karusel / Siyasət > Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb


21-01-2018, 15:09. Yazar: Xeberaz

Bu gün Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.
 
APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı  məlumat yayıb.
 
Türkiyə ordusunun bölmələri tankların müşayiəti ilə Bakı vaxtı ilə 12.05-də Kilis rayonunun Gülbaba yaşayış məntəqəsi istiqamətindən Suriya sərhədini keçib.
 
Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Dünən Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinə hava zərbələri endirib. 



Geri dön