Ana Sayfa > M / Karusel / Maraqlı / Xəbəraz TV > Murad Boz azərbaycanlı iş adamının toyundan görüntüləri paylaşdı - VİDEO

Murad Boz azərbaycanlı iş adamının toyundan görüntüləri paylaşdı - VİDEO


18-01-2018, 15:13. Yazar: Xeberaz

Murad Boz Azərbaycana 400 min dollara gəldiyi toyun görüntülərini paylaşdı - VİDEO

Murad Boz Azərbaycana 400 min dollara gəldiyi toyun görüntülərini yutub kanalında yerləşdirib.
Müğənni rəsmi yutub kanalında verdiyi konsertlərdən ibarət hazırlanan video-rolik yerləşdirib. Ulduz Güləndam Əhmədzadə və Fərrux Həsənovların dəvəti ilə çıxış etdiyi toyu Azərbaycan konsert kimi təqdim edib.
Görüntülərdə Murad Boz bildirib ki, təyyarəni qaçırıb və özünü məclisə güclə çatdırıb. Yeri gəlmişkən qeyd edək ki, Türkiyə mətbuatının yazdığına görə, Murad Boz Bakıya azərbaycanlı iş adamının xüsusi təyyarəsi ilə gəlib. Bakının bir günlük qonağı olan müğənni toydakı çıxışından 400 min dollar qazanıb.
Yaşar Yusubun idarə etdiyi toyda Fərhat Göçer, rusiyalı müğənni Leonid Aqutin, rusiyalı aparıcı və musiqiçi Valdis Pelş iştirak edib.




Geri dön