Ana Sayfa > M / Karusel / Gündəm > Ən çox korrupsiya hansı sahələrdədir?- RƏSMİ AÇIQLAMA

Ən çox korrupsiya hansı sahələrdədir?- RƏSMİ AÇIQLAMA


17-01-2018, 11:49. Yazar: Xeberaz

Ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin hansı sahələrlə bağlı olduğu açıqlanıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu bank və bank olmayan kredit təşkilatları ilə bağlı olub. Həmin sahə üzrə 43 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.
Növbəti sırada isə özəl sektor gəlir. Bu sahə ilə bağlı 35 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.
İdarə rəisinin sözlərinə görə, ötən il ticarət üzrə 10, tikinti üzrə 10, yerli icra hakimiyyətləri ilə bağlı 5 vəzifəli şəxs barəsində cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.
Geri dön