Ana Sayfa > M / Karusel / M2 / Foto-fakt > İsrafil İsrafilova qızıl medal verildi

İsrafil İsrafilova qızıl medal verildi


3-07-2015, 20:13. Yazar: Xeberaz
İsrafil İsrafilova qızıl medal verildi



İsrafil İsrafilov “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.


Xeberaz.az “Qafqazinfo”-ya istinad xəbər verir ki, bu gün Akademik Milli Dram Teatrında “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalının təqdimat mərasimi keçirilib.

Mükafat komissiyasının qərarına əsasən, Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

Daha sonra İ.İsrafilovun fəaliyyət yolunu işıqlandıran videoçarx nümayiş olunub. Daha sonra Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olan həmkarımız, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov, Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, professor Azər Paşa Nemət, Akademik Milli Dram Teatrının aktyorları, Xalq artistləri Ramiz Novruz və Firəngiz Mütəllimova çıxış edərək, İsrafil İsrafilovu bu mötəbər ödülə layiq görülməsi münasibəti ilə təbrik ediblər.
Geri dön