Ana Sayfa > M / Karusel / Gündəm > İlham Əliyev “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb
İlham Əliyev “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb11-01-2018, 19:26. Yazar: Xeberaz |
Azərbaycan prezidenti İlham Əliyev “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Qanunun 57-11.6-cı maddəsində aşağıdakı dəyişikliklər edilib: 1.1. üçüncü cümlədən “ümumilikdə 90 gün müddətinədək” sözləri çıxarılıb; 1.2. aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilib: “Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur”. Keçid müddəasında (Maddə 2) isə qeyd olunur ki, bu qanunun 1-ci maddəsi bu qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur. Geri dön |