Ana Sayfa > M / Karusel / Gündəm > Ziya Məmmədovun bacısına vəzifə verildi

Ziya Məmmədovun bacısına vəzifə verildi


11-01-2018, 16:06. Yazar: Xeberaz
Ziya Məmmədovun bacısına vəzifə verildi
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Xəbəraz.Az xəbər verir ki,bu barədə məlumatı axar.az-a Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecdən təsdiqləyiblər.
Kollecdən bilidirilib ki, təyinat ötən ilin sonlarında aparılıb:
“Artıq 2 aydır Məhbubə xanım Məmmədova Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edir”.
Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən kənarlaşdırılıb. Onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi Bakı Tikiş Evi tərəfindən tikilən və 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlərin olduğu göstərilirdi.
Geri dön