Ana Sayfa > M / Karusel / Gündəm / Təhsil > Qəbul və buraxılış imtahanları nə vaxt olacaq? - AÇIQLANDI

Qəbul və buraxılış imtahanları nə vaxt olacaq? - AÇIQLANDI


10-01-2018, 12:08. Yazar: Xeberaz



“Builki qəbul və buraxılış imtahanlarının, o cümlədən müxtəlif növ sınaq imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzində (DİM) müzakirə olunub”.
 
Bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
 
O bildirib ki, bu məsələ ilə əlaqədar müvafiq orqanlarla razılaşmalar aparılır: “İmtahanlar kütləvi tədbirlər sayılır. İmtahan günlərində ölkədə başqa kütləvi tədbirlərin keçirilməsi müəyyən çətinliklər yaradır. Buna görə də aidiyyəti orqanlarla müzakirələr aparılır. Yəqin ki, gələn həftə 3 aylıq imtahan təqvimini, imtahan tarixlərini elan edəcəyik”.
 
M. Abbaszadə DİM tərəfindən hər ay bir dəfə dövlət qulluğuna qəbul imtahanlarının da keçirildiyini xatırladıb.




Geri dön