Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > "Ölüm son deyil "- İntihar edən şairin son şeiri
"Ölüm son deyil "- İntihar edən şairin son şeiri9-01-2018, 09:55. Yazar: Xeberaz |
Şeirdə, şair ölümün bir başlanğıc olduğunu bildirib. Məlik Cahanın son şeiri təqdim edirik: Qorxunun əcələ faydası yoxdur, bir gün ruh tərk edir bədəni, azad olur bir bədənlik əsarətdən. Ölüm son deyil,başlanğıcdır, Bir az sevgidən ibarətdir, Bir az da cəsarətdən. Gedəndə tək getmirsən, savabların yoldaşdı, günahların yoldaşdı. Bundan sonra bayramlar il dönümü olacaq, xeyrlə şər qardaşdı. Həftələr aya dönür, aylar gəlib il olur. İllər də yarpaq kimi tək-tək təqvimdən düşür. Öyrəşir... Hamı öyrəşir.. Bir gün ruh tərk edir səni, qalxır,göylərə üz tutur. Zamanla yadırğayırlar səsini də, sözünü də. Sonra… Bir gün sənin özünü də unudur... Hamı unudur... Bir gün ruh tərk edir səni, ruh səni,sən də hər kəsi. Yaxınlıqdakı məsciddən eşidilir azan səsi... Geri dön |