Ana Sayfa > M / Gündəm / Hadisə / M2 / Foto-fakt / Araşdırma > Gənc oğlan özünü qatarın altına atdı

Gənc oğlan özünü qatarın altına atdı


9-01-2018, 00:32. Yazar: Xeberaz


“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşaye"Xeberaz.az"-a açıqlamasında bildirib ki, saat 22:10 radələrində “Həzi Aslanov” metrostansiyasından “İçərişəhər”ə 15 saylı marşrut üzrə hərəkət edən qatar “Ulduz” stansiyasına daxil olarkən 20-25 yaşlarında olan gənc oğlan özünü qatarın altına atıb.
Onun üzərində şəxsiyyətini  təsdiq edən sənəd olmayıb.
Naməlum şəxsin meyiti qatarın altından çıxarılaraq hüquq-mühafizıə orqanlarına təhvil verilib.
Qatarların hərəkətində 20 dəqiqə fasilə yaranıb.
Hazırda qatarların hərəkəti bərpa olub.
***
Metroda intihar edən şəxsin Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu olduğu müəyyənləşib.
Geri dön