Ana Sayfa > M / Karusel / Gündəm > Temperatur 4-6 dərəcə düşəcək - Xəbərdarlıq

Temperatur 4-6 dərəcə düşəcək - Xəbərdarlıq


8-01-2018, 14:56. Yazar: Xeberaz


Bakıda və Abşeron yarımadasında yanvarın 9 dan hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya daxil olan məlumata görə, Azərbaycanın rayonlarında yanvarın 09-u axşamdan 11-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.
Geri dön