Ana Sayfa > M / Karusel / Siyasət > Kadırov: ABŞ istəyir ki, Rusiyada “hər şey alovun içində olsun”

Kadırov: ABŞ istəyir ki, Rusiyada “hər şey alovun içində olsun”


8-01-2018, 11:31. Yazar: Xeberaz

Rəsmi Vaşinqtona Rusiyada qaynar nöqtələr lazımdır ki, “hər şey alovun içində olsun”.
Bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Amerika hökuməti üç cəbhəyə zərbələr endirir: Suriyada müxalifətin dəstəklənməsi, Qüdsün İsrailin paytaxtı elan edilməsi və İranda vətəndaş müharibəsinin təməlinin qoyulması. 
Kadırov həmçinin qeyd edib ki, ABŞ Ukrayna, Gürcüstan, İraq və Liviya kimi ölkələr qarşı dağıdıcı siyasət aparıb.
Çeçenistan rəhbəri xatırladıb ki, Rusiya prezidenti həmişə birqütblü dünyanın əleyhinə olub.
“Bizim avropalı tərəfdaşlarımız başa düşməlidirlər ki, Rusiya ədalətli mövqe seçir. Avropa qorxmamalı və Rusiya ilə bir cəbhədə çıxış etməlidir, əks halda daha çox ölkədə, o cümlədən Avropa dövlətlərində xaos olacaq, - Kadırov yekunlaşdırıb.
Geri dön