Ana Sayfa > M / Karusel / Şou-Biznes > "Sponsorlar ancaq xanımları dəstəkləyirlər"

"Sponsorlar ancaq xanımları dəstəkləyirlər"


8-01-2018, 11:21. Yazar: Xeberaz

"Sponsorlar ancaq xanımları dəstəkləyirlər"
“Şou-biznesin qalmaqallarından çəkinirəm. Primitiv səviyyədə, lazımsız söz-söhbətlər olur. Kimsə-kimdənsə küsür, arxasınca danışır”.
Bu sözləri xalq artisti Fərhad Bədəlbəyli “ATV maqazin onlarla”ya açıqlamasında deyib.
Pianoçu sponsorların ancaq məşhur xanımlara dəstək olmasından şikayətlənib:
“Nə qədər yüz minlik saat, 200-300 minlik maşınla reklam olmaq olar? Bunlar bir köpüklük deyil. Sponsorlar ancaq ucuzluq edirlər. Sponsorlar ancaq şou-biznesin gözəl xanımlarını dəstəkləyirlər. Bir rəssamı, sənətkarı dəstəkləmək mədəniyyəti bizdə yoxdur”.


Geri dön