Ana Sayfa > M / Karusel / Gündəm > Naxçıvandan Məşhədə yenidən qatar gedəcək

Naxçıvandan Məşhədə yenidən qatar gedəcək


7-01-2018, 11:41. Yazar: Xeberaz
Naxçıvanı İranın Məşhəd şəhəri ilə əlaqələndirəcək sürət qatarı 2018-ci il yanvarın 11-dən işini bərpa edəcək. Xəbəraz.Az xəbər verir ki, bunu trend-ə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom bildirib.
 
Diplomat ümid etdiyini bildirib ki, bu dəmir yolu marşrutunun fəaliyyət göstərməsi iki ölkə arasında turizm sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək.
 
Naxçıvan-Məşhəd-Naxçıvan marşrutu üzrə reyslər 2016-cı ilin dekabrında başlasa da, sonradan texniki səbəblərlə əlaqədar dayandırılmışdı.
 
Hərəkət istiqaməti boyunca qatar İranın digər şəhərlərində, o cümlədən Təbriz və Tehranda da dayanır.
 
M.Ayrom qeyd edib ki, bu amil turizmin inkişafında müsbət rol oynayacaq: “Təbriz və Naxçıvanın bir çox oxşar nöqtələri var. Təbriz İslam turizminin, Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır”.
Geri dön