Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt > Leyla Əliyeva federasiya prezidenti seçildi

Leyla Əliyeva federasiya prezidenti seçildi


30-12-2017, 22:08. Yazar: Xeberaz
Leyla Əliyeva federasiya prezidenti seçildi
Bu gün Azərbaycan Yoqa Federasiyasının istiqamətlər üzrə rəhbərlərinin toplantısı keçirilib. Görülmüş işlər üzrə hesabat dinlənilib və fikir mübadiləsi aparılıb.
İclasda yoqanın Azərbaycanda populyarlaşmasında xidmətəri olan şəxslər, o cümlədən DTX rəhbəri Mədət Quliyev, olimpiya çempionu Elnur Məmmədli, yoqa üzrə beynəlxalq diplom sahibi, Yoqa Şiromani tituluna yiyələnmiş Elçin Quliyev və Azərbaycanda yoqanın digər təmsilçiləri iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Yoqa Federasiyasının prezidenti seçilib.
Gənclər və İdman Nazirliyi bugünkü iclas barədə məlumatlandırılıb. L.Əliyevanın federasiya prezidenti seçilməsi haqqında müvafiq hesabat nazirliyə göndərilib.
Xatırladaq ki, Leyla Əliyeva Azərbaycanda yoqanın populyarlaşdırılması ilə fəal məşğul olur və tez-tez yoqanın təbliğinə həsr edilmiş tədbirlərdə iştirak edir. O, 2017-ci il dekabrın 24-də Bakıda keçirilmiş yoqa üzrə master-klassda iştirak edib.
Geri dön