Ana Sayfa > M / Karusel / Gündəm > Alpinistlərin axtarışlarına ANAMA mütəxəssisləri də qoşulub

Alpinistlərin axtarışlarına ANAMA mütəxəssisləri də qoşulub


30-12-2017, 14:41. Yazar: Xeberaz

alpinistlerin axtarislarina anama mutexessisleri de qosulub


"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.
 
Bu gündən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin mütəxəssisləri də (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) axtarışlara qoşulub.
 
Əlavə məlumat veriləcək.



Geri dön