Ana Sayfa > M / Karusel / Gündəm > "Qar yağmaqda davam edir, iz tapmaq çətindir" - Polkovnik

"Qar yağmaqda davam edir, iz tapmaq çətindir" - Polkovnik


28-12-2017, 12:46. Yazar: Xeberaz

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, itən alpinistlərlə bağlı yaradılmış qərargahın rəhbəri polkovnik Şahin Mirzəyev axtarış tədbirlərindən danışıb. 
Xəbəraz.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya açıqlama verən Ş. Mirzəyev qeyd edib ki, hazırda axtarış tədbirləri davam etdirilir: "Mən indi elə yerdəyəm ki, çox danışa bilmirəm. Dağın üstündəyəm. Helikopterlər axtarışlara cəlb olunub. Burada yarım metrə yaxın qar var. İz tapmaq çətindir. Hər gün də qar  yağmaqda davam edir. Zirvələrə çoxdan baxılıb. FHN-nin əməkdaşlarından əlavə olaraq axtarış tədbirlərinə alpinistlər də cəlb olunub".
Geri dön