Ana Sayfa > M / Karusel / Hadisə / Araşdırma > "Nə pul, sizdən pul almışıq ki, biz. İstəmirsiniz işləmək çıxın gedin!"

"Nə pul, sizdən pul almışıq ki, biz. İstəmirsiniz işləmək çıxın gedin!"


25-12-2017, 16:37. Yazar: Xeberaz



Redaksiyamızın ünvanına aldadılmağa məruz qalan bir neçə qadın ərizə ilə müraciət etmişdir.Ərizədə qeyd edilənlər açıq aşkar dələduzluq əməllərinin baş verməsindən xəbər verir. Belə ki, paytax Bakının Yasamal rayonu ərazisində yeni tikiləcək körpələr evi uşaq baxçasına işə düzəlmək üçün Aləmzar və Tərlan adlı şəxslər onlara iş üçün müraciət edən Həsənov N,Məmmədova F,və Quliyeva R-dan  ayrı ayrılıqdan müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 6000 AZN pul almışlar. Alemzar xanım bu baxçada gələcək müdirə olmaqla dırnaq arası şəriki Tərlan xanımla birgə yüksək vəzifəli şəxslərin adından istifadə edərək bildirmişlər ki, "bu yeni tikiləcək Sofiya uşaq baxçası inşa ediləcək lakin birşey varki buraya müəyyən inventar - avadanlıqar alıb quraşdırmaq lazımdır,buna gorədə bu baxçanın hesabına əvvəlcədən hərəniz ayrı ayrılıqda 2000 AZN manat ödəməlisiniz.İşə düzələndən sonra da bir sıra güzəştlərə nail olmaqla yanaşı yüksək məvacibdə alacaqsınız". Aələmzar və Tərlan tərəfindən verilən bu "şirin vədlər"-ə inan bu zərər çəkmiş üç qadın Bankdan, qohum əqrabadan və şəxxsi qızıl zinyət əşyalarının satışından əldə etdikləri pullardan ümumilikdə 6000 AZN manat düzəldərək gətirib onlara vermişlər. R. Quliyeva 05.06.2017 ci il tarixindən sözü gedən yeni inşa edilən uşaq baxçasına qrup müəllimi kimi işə başlamış, həftənin bütün günlərində baxça müdirəsi təyin olunmuş Aləmzar tərəfindən işə cəlb olunmuş sonra isə işin ağır rejimli başqa sözlə əməyi istismar olunduğunu hesab edən R.Quliyeva işləməkdən imtina qərarına gəlir bu barədə müvafiq ərizə yazmaqla ondan tələb edilən 2000 AZN pulu Aləmzar xanımdan geri istəmişdir. Aləmzar xanım isə pulunu geri istəyən bu zərərçəkənlərə  israrla  bildirmişdir ki, "Nə pul, sizdən pul almışıq ki, biz. İstəmirsiniz işləmək çıxın gedin!". Bu yerdə məhşur bir atalar məsəli yada düşür: "Oğru ele bağırdı ki,döğrunun bağrı yarıldı!".

Şikayət ərizəsində qeyd edilən digər bir maraqlı məqam ondan ibarətdir ki, zərər çəkmiş R.Quliyeva 31.10.2017-ci il tarixində DİN-nin 102 qaynar xəttinə telefon vasitəsi ilə zəng edərək baş verənləri polis xidmətinə bildirmiş,müraciət əsasında da 02.11.2017 ci il tarixində 28-ci Polis bölməsinə çağrılaraq izahat yazarkən polisdən bildirmişlər ki,həmin şəxslərdən yəni Aləmzar və Tərlan xanlmdan nə az nə çox, əlavə 108 nəfər şikayyətçidə vardır.
İnanırıq ki, bizim bu yayımdan sonra hüquq mühafisə orqanlarının fəal iştirakıvə səyi nəticəsindən Aləmzar və Tərlan kimilərinin bu dələduzluq əməllərinə qarşı qısa zaman kəsiyində qanuni ölçü götürülərək zərər çəkmişlərə dəymiş ziyanödəniləcək, onların qanunsuz olaraq bu dırnaq arası "qadın qəhrəmanlara" verilən ümumilikdə olan 6000 AZN manat pul geri qaytarılacaq!
 Mövzunu diqqətdə saxlayırıq.Qarşı tərəfi dinləmək üçün,Aləmzar və Tərlan xanımla əlaqə saxlasaq da telefon zəngimizə cavab vermədilər.
Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.
"Xəbəraz.az"

Geri dön