Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Reportaj > Davudoğlu: Koalisiya hökuməti üçün iki ehtimal var

Davudoğlu: Koalisiya hökuməti üçün iki ehtimal var


3-07-2015, 03:22. Yazar: Xeberaz
Davudoğlu: Koalisiya hökuməti üçün iki ehtimal var
"Cənab prezidentimiz koalisiya görüşlərində müəyyən edici bir ünsür deyildir."
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə seçki sonrası siyasi gündəmi dəyərləndirib. ANS PRESS-in məlumatına görə, yerli tele kanallardan birinin canlı efirində suallara cavab verən baş nazir koalisiya hökumətinin qurulması üçün sadəcə iki ehtimal olduğunu bildirib. Ölkə prezidentinin hökumətin qurulmasında müəyyən edici bir ünsür olmadığını deyən Davudoğlu AKP-nin olmadığı hər hansı bir siyasi bərabərlikdən söhbət gedə bilməyəcəyini açıqlayıb.


“Biz hökumti qurmaq üçün çalışarkən, onlar hökumətsiz qoymaq üçün səy göstərirlər. Siyasətdə bütün ehtimalları düşünməyən bir təfəkkür problemklərin həlli yolunu da tapa bilməz. Koalisiya görüşləri zamanı uzlaşma əldə olunmasa bunun səbəbkarı biz olmayacağıq. Cənab prezidentimiz koalisiya görüşlərində müəyyən edici bir ünsür deyildir. Bütün liderlərlə ilk tur görüşümüz olacaq. Xalqın səs verdiyi heç bir partiyanı bu prosesin xaricində görmürük.”



Əhməd Davudoğlu CHP-nin növbəli baş nazirlik planı ilə də razılaşmadığını deyib. Baş nazir həmçinin koalisiya hökuməti üçün sadəcə 2 ehtimal olduğunu deyərək parlamentdə təmsil olunan 3 partiyadan birini bu prosesin xaricində tutub:

“CHP-nin növbəli baş nazirlik planı piyaziyyata da, psixologiyaya da ziddir. Əgər koalisiya yaxşı işləsə bu, hökuməti quran hər iki partiya üçün faydalı olar. Koalisiya görüşü zamanı 12 illik təcrübədən geri çevirəcək bir təzyiqi qəbul etmərik. Hazırda ortada iki ehtimal var: Ya AKP – MHP koalisiyası, ya da AKP – CHP koalisiyası.”


Geri dön