Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Gündəm > Bağlanmış bankların əmlakı satışa çıxarılır - SİYAHI

Bağlanmış bankların əmlakı satışa çıxarılır - SİYAHI


19-12-2017, 10:52. Yazar: Xeberaz


Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansındakı əmlakı satışa çıxarır.


Əmanətlərin Sığortalanması Fondunun mətbuat xidmətindən verilən məlumata görə, ləğv prosesində olan bir sıra bankların balansındakı daşınan və daşınmaz əmlak hərrac yolu ilə satılacaq.

Belə ki, ləğv prosesində olan QSC “Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd “Daewoo Nexia”, 6 (altı) ədəd “Mitsubishi Lancer”, 6 (altı) ədəd “Toyota Corolla”, 1 (bir) ədəd “Toyota Avalon”, 3 (üc) ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, 1(bir) ədəd “Fiat Doblo Cargo” və 1 (bir) ədəd “Mersedes-815” yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa çıxarılır.

Ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd “Ford Focus”, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı minik avtomobilləri və 2 (iki) ədəd embosser hərraca çıxarılır.


Bundan başqa, ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayiş sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bag evi satışa çıxarılır.


Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında (Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. Ünvanda) 16.01.2018-ci il tarixində saat 11:00 da keçiriləcək.
Geri dön