Ana Sayfa > M / Karusel / Gündəm > Şeyxin kürəkəninə iş istənildi

Şeyxin kürəkəninə iş istənildi


14-12-2017, 18:06. Yazar: Xeberaz


Bu gün Nəsimi Rayon Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə təqsirləndirilən Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Xəbəraz.Az report-a xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Ə.Salahzadənin vəkili Tofiq Aslanov bildirib ki, dövlət ittihamçısı çıxışında müvəkkilinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin edilib.
Qeyd edək ki, Ə.Salahzadəyə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, “Azərsu” ASC-nin əməkdaşı Elbəy Mirzəliyevi döyməkdə təqsirli bilinir.
Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur. 
Geri dön