Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm / Dünya > İsraildən dünyaya təhdid: “Qüds paytaxtımız olmasa…”

İsraildən dünyaya təhdid: “Qüds paytaxtımız olmasa…”


9-12-2017, 13:03. Yazar: Xeberaz


Qüds İsrailin paytaxtı olmasa, heç vaxt sülh də olmayacaq.
Bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı İsrailin BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Denni Denon söyləyib.
“Fələstin ya şiddəti, ya da dialoqu seçəcək. Qüdsün İsrailin paytaxtı olmadığı yerdə heç vaxt sülh olmayacaq”, – deyə o bildirib.
Fələstinin BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Riyad Mənsur isə Trampın Qüds qərarının Təhlükəsizlik Şurasının qərarlarına zidd olduğunu bidlirib:
“ABŞ-ın qərarı bölgədə qeyri-stabilliyi artıracaq, böyük fəlakətə səbəb olacaq. ABŞ-ın İsraili mükafatlandırmaq cəhdi onun bölgədəki liderliyini baltalayacaq”.
Geri dön