Ana Sayfa > M / Filmlər / Siyasət / Gündəm > Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək


6-12-2017, 11:46. Yazar: Xeberaz


Bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək.
 
APA-nın məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.
 
Qeyd edək ki, hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısı çərçivəsində Vyanada səfərdədir.



Geri dön