Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt / Xəbəraz TV > "Ümid Yeri" uşaq evində xeyriyyə tədbiri keçirilib.

"Ümid Yeri" uşaq evində xeyriyyə tədbiri keçirilib.


5-12-2017, 12:25. Yazar: Xeberaz

Xəbəraz.Az xəbər verir ki,Bakının Binə qəsəbəsində yerləşən "Ümid Yeri" uşaq evində xeyriyyə tədbiri keçirilib.Tədbir iştirakçıları daim qayğıya, diqqətə və xoşbir təbəssümə ehtiyacı olan uşaqlara bir gün də olsa gözəl gün yaşadıblar.Tədbirdə uşaqlara hədiyyələr təqdim edilib və onlar üçün 2 saatlıq əyləncəli proqram təşkil olunub.Müğənnilərin gözəl ifaları həmçinin aparıcı Elməddinin təşkil etdiyi şən oyunlar uşaqların sevincinə sevinc qatıb.Sonda çıxış edən uşaq evinin rəhbəri Nigar xanım təşkilatçılara öz dərin minnətdarlığını bildirərək uşaqlara bu xoşbəxtliyi yaşatdığı üçün öncəliklə Fidan Abbasovaya və tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib. 




Geri dön