Ana Sayfa > M / Karusel / Gündəm > Siqareti harada çəkmək olmaz? - Siyahı açıqlandı

Siqareti harada çəkmək olmaz? - Siyahı açıqlandı


4-12-2017, 17:56. Yazar: Xeberaz

Ötən həftə Milli Məclisdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu layihəsi qəbul olunub.
Xəbəraz.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siqaret çəkilməsi qadağan olunan yerlərin siyahısı həmin qanunda öz əksini tapıb. Yerlərin siyahısını təqdim edirik:
Azərbaycan Respublikasında tütün istifadəsinin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:
- təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, habelə onların ərazilərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur);
- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;
- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
- ticarət obyektlərində;
- məişət obyektlərində;
- sosial xidmət müəssisələrində;
- yerləşdirmə vasitələrində (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrıla bilər);
- teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
Geri dön