Ana Sayfa > M / Karusel / Gündəm > Qızları Türkiyə universitetində birinci olan ata: “Əgər Azərbaycan onları qəbul etməsə…”

Qızları Türkiyə universitetində birinci olan ata: “Əgər Azərbaycan onları qəbul etməsə…”


3-12-2017, 10:43. Yazar: Xeberaz
Türkiyənin Bahçeşəhir universitetini (BAU) birinciliklə bitirən Günel və Xeyransa Musayevalardan xəbər var. 
 
Musayeva bacılarının atası Elşad Musayev açıqlamasında qızlarının gələcək planlarından söz açıb.
 
“Qızlar hazırda magistr pilləsi üzrə təhsillərini davam etdirirlər. Elə həmin Baxçeşehir Universitetindədirlər. Bundan sonra yenə də təhsillərini davam etdirmək istəyirlər. Bu dəfə doktranturada oxumaq fikirləri var. Qızlara iş təklifləri də gəlir. Artıq Günel özəl şirkətlərin birində işə başlayıb. Bu iş onun təcrübə qazanması üçün çox önəmlidir”
 
Musayeva bacılarının Azərbaycanda işləməsinə gəlincə, Elşad Musayev yaxşı təklifə “yox” deməyəcələrini bildirib.
“Azərbaycan bizim vətənimizdir. Övladlarımıza ona görə yaxşı təhsil veririk ki, ölkəmizə, millətimizə xidmət etsinlər. Əgər Azərbaycan onları qəbul etməsə, ölkədən kənarda işləmək məcburiyyətində qalacaqlar”.

 
Qeyd edək ki, Türkiyənin Baxçeşəhir Universitetinin Beynəlxalq Maliyyə və İqtisad fakültəsinin azərbaycanlı məzunu Günel Musayeva bu il universitet birincisi olub və "Altun beyin” ödülü qazanıb. Baxçeşəhir Universitetinin Beynəlxalq maliyyə və Menecment fakültəsinin azərbaycanlı  məzunu  Xeyransa Musayeva isə yüksək nəticə göstərərək universitet üçüncüsü olub. Xeyransa Musayeva Günel Musayevanın bacıdır.
(modern.az)
Geri dön