Ana Sayfa > M / Karusel / Gündəm > Cavid Qurbanov: “İnfrastrukturun inkişafına 3 milyard dollara yaxın pul ayrılması nəzərdə tutulur”

Cavid Qurbanov: “İnfrastrukturun inkişafına 3 milyard dollara yaxın pul ayrılması nəzərdə tutulur”


28-11-2017, 18:55. Yazar: Xeberaz

“Azərbaycanda infrastruktur layihələrinin inkişafına xüsusi diqqət göstərilir”.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tbilisidə keçirilən beynəlxalq “İpək yolu” forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. O bildirib ki, növbəti 5 ildə Azərbaycanda mövcud infrastruktur daha da inkişaf etdiriləcək: “Bu məqsədlə təxminən 3 milyard dollara yaxın vəsaitin ayrılması nəzərdə tutulur”.
 
C. Qurbanov əlavə edib ki, Azərbaycanda yeni gəmiqayırma zavodu tikilir: “2019-cu ildə Azərbaycanın 15 bərəsi olacaq və onların köməyi ilə 6-7 milyon ton yük daşımaq mümkün olacaq”.
Geri dön