Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > Misirdə kütləvi qətli İŞİD-in törətdiyi - Təsdiqləndi

Misirdə kütləvi qətli İŞİD-in törətdiyi - Təsdiqləndi


26-11-2017, 09:03. Yazar: Xeberaz
Misirdə kütləvi qətli İŞİD-in törətdiyi
Misirdə məscidə hücum edərək kütləvi qırğın törədən terrorçuların əlində İŞİD-in bayraqları olub.
Bu barədə Misirin rəsmi xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, terrorçular 30 nəfər olub və məscidə 5 avtomobildə gəliblər. Onlar məscidin qapısı və pəncərələri ilə üzbəüz mövqe tutaraq gəlib-gedənlərə atəş açmağa başlayıblar. Bəzi terrorçular maska taxıblar, bəziləri isə uzun saç və saqqalları ilə diqqət çəkib. Yaşları 25-30 olduğu güman edilən terrorçular kamuflyaj rəngində şalvar və qara mayka geyiblər.
Qeyd edək ki, terror nəticəsində ölənlərin sayı 305-ə çatıb. Yaralıların sayı 128 nəfərdir.

Geri dön