Ana Sayfa > M / Karusel / Gündəm / Qarabağdan xəbər var > Qarabağda mina partladı - 3 erməni əsgər öldü, 1-i yaralıdı

Qarabağda mina partladı - 3 erməni əsgər öldü, 1-i yaralıdı


22-11-2017, 11:07. Yazar: Xeberaz

Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində minanın partlaması nəticəsində 3 erməni hərbçi ölüb, biri yaralıdır.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan feysbuk hesabında yazıb. 
Ölənlər Zakaryan Koryunoviç (1995), Abraamyan Qurqenoviç (1998) və Melikyan Mqeroviçdir (1997).  1998-ci il təvəllüdlü yaralı əsgər Narek Oveyanın isə vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır. 
Geri dön