Ana Sayfa > M / Karusel / Gündəm > İtkin düşmüş iki balıqçının meyiti tapılıb

İtkin düşmüş iki balıqçının meyiti tapılıb


12-11-2017, 20:17. Yazar: Xeberaz

Noyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlunun meyitləri Dövlət Neft Şirkətinin "Orion-25" gəmisi tərəfindən aşkarlanıb.
 
F. Hüseynzadə və S. Qurbanovun meyitləri sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 
 
***
16:30
Noyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin "Orion" gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb.
Itkin düşmüş digər şəxsin axtarışları davam etdirilir.
 
Axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də iştirak edir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.
Geri dön