Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt > “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirildi – FOTOLAR

“Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirildi – FOTOLAR


9-11-2017, 14:51. Yazar: Xeberaz


Xəbəraz.Az xəbər verir ki,“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin və 23 saylı Kəlbəcər orta məktəbinin birgə təşkilatçılığı ilə 9 noyabr Dövlət Bayraq gününə həsr olunmuş “Bayrağımız – qürur mənbəyimizdir” tədbir keçirilmişdir.“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin sədr müavini Həbib Misirov bildirdi ki, Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.
Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. Həmin bayraq bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı digər bir Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı Prezident İlham Əliyevin bir daha dövlət rəmzlərimizə verdiyi dəyərin bariz nümunəsidir. Dünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində qoyulmuşdur.Dövlət Bayrağı Meydanının açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmişdir. İnanırıq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siaysət nəticəsində üç rəngli bayrağımız Dağlıq Qarabağda dalğalanacaqdır.
“Aşıq Şəmşir” Məədniyyət Ocağı ictimai birliyinin layihələr şöbəsinin müdri, 23 saylı Kəlbəcər orta məktəbinin direktoru Həqiqət xanım Şükürova öz çıxışında bildirdi ki, Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Bu məsuliyyət dövləti, milli maraqların daim keşiyində dayanmağın ictimai-siyasi əxlaqına yüksəlir. Bayraqda təcəssümünü tapan rəmzlər insanın ictimai-siyasi dünyagörüşünün komponentlərinə çevrilərək, onun konkret fəaliyyət sferasında məqsədəuyğun istiqamətləri formalaşdırır və stimullaşdırır. Xatırladım ki, bayraq dirəyinin hündürlüyü 162 metr, dairənin diametri 3m.20sm, üst hissədə 1m.9sm, bayrağın eni 35, uzunluğu 70m, ümumi sahəsi isə 2450 m2-dır. Bayrağın çəkisi təqribən 350 kq, dirəklə birlikdə 220 tondur. Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur. Onu başı üzərində uca tutaraq, vüqarla dalğalandırmaq hər bir Azərbaycanlının şərəf borcudur. Üçrəngli bayrağımızı qəhrəman babalarımızın qoyub getdiyi və bizə etibar etdiyi ən böyük, ən qiymətli yadigarıdır.
Əməkdar müəllim Sakibə Ələsgərova bildirdi ki, Dövlət Bayrağı millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Üçrəngli, ay-ulduzlu bayrağımız hər bir ölkə vətəndaşının inam və güvənc yeridir.
Tədbirdə şagirdlərin ifasında şeirlər ifa olundu. Çıxışlarda əminliklə vurğulandı ki, tezliklə zəfər bayrağımız Şuşada, Ağdamda, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacaq.

 

Geri dön