Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm > Rusiyanın 5 rayonun qaytarılması üçün 3 şərti var - GÖRÜŞ ÖNCƏSİ İDDİA

Rusiyanın 5 rayonun qaytarılması üçün 3 şərti var - GÖRÜŞ ÖNCƏSİ İDDİA


4-11-2017, 10:47. Yazar: Xeberaz

"İnandığım etibarlı qaynaqdan əldə etdiyim məlumata görə Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var". Xəbəraz.Az modern.az-a istinadən  xəbər verir ki, bu məlumatı politoloq Elxan Şahinoğlu açıqlayıb.
E.Şahinoğlunun qənaətinə görə, həmin şərtlər aşağıdakılardır: "Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir. Çox ağır şərtlərdir. Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir".
E.Şahinoğlunun sözlərinə görə, digər məlumatlarla bağlı “Atlas” Araşdırmalar Mərkəzi geniş təhlil hazırlayır.
Geri dön