Ana Sayfa > M / Karusel / Gündəm > Qaçan "avtoritet"lərdən biri tutuldu (RƏSMİ)
Qaçan "avtoritet"lərdən biri tutuldu (RƏSMİ)26-10-2017, 18:29. Yazar: Xeberaz |
Bir neçə gün əvvəl qaçan məhbuslardan biri Şirvan şəhərində tutulub. Bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib. Qeyd olunur ki, bu gün Penitensiar Xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış Azərbaycan Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib. "Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir", - deyə, məlumatda bildirilib. Geri dön |